"İmamlar 400 manatdan yuxarı, imam naibləri 300 manatdan yuxarı, mütəvəllilər isə 220-250 manat arası maddi dəstək alacaq".
APA-nın xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
O bildirib ki, maddi vəsait alacaq din xadimlərinin siyahısı dəqiqləşib: "Siyahıya əsasən, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təyin etdiyi, məscidlərdə çalışan imam, imam naibləri və mütəvəllilər bank hesablarından ödənişləri ala biləcəklər. Bakı və Bakı ətrafı qəsəbələrdə maddi vəsait alacaq din xadimlərinin siyahısı tam hazırdır, Naxçıvan Muxtar Respublikası da siyahını təqdim edib. Yaxın günlərdə maddi vəsait din xadimlərinə ödəniləcək".
M. Qurbanlı qeyd edib ki, siyahıda 1000-dən çox din xadiminin adı var: "Naxçıvanda isə 200-ə yaxın din xadimi maddi dəstək alacaq".
Azərbaycanda imamlar 400, imam naibləri 300 manat maddi dəstək alacaq
01 may 2018 09:40 (UTC +04:00)
Din
Baş katib: Sülh dialoqları davamlı xarakter almalıdır
18:25
1 may 2024
Avropa Ravvin Konqresinin nümayəndəsi: Dinlərarası dialoqa inanırıq
17:55
1 may 2024
Moratinos: Dinlərarası dialoq siyasətin əsas hissələrindən olmalıdır
17:43
1 may 2024
Allahşükür Paşazadə Cənubi Qafqazda sülhə çağırış edib
17:40
1 may 2024