Yuxarı Gövhər Ağa məscidinə imam təyin edilib

# 01 sentyabr 2023 17:20 (UTC +04:00)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının müvafiq əmri ilə Mirəbdullah Məzahir oğlu Həsənli Şuşa rayonunun imamı vəzifəsindən Şuşa şəhəri Yuxarı Gövhər Ağa məscidinin imamı vəzifəsinə rotasiya edilib.

Komitədən APA-ya verilən məlumata görə, o, yaxın günlərdə Şuşa şəhəri Yuxarı Gövhər Ağa məscidində fəaliyyətə başlayacaq.

Qeyd edilib ki, Mirəbdullah Məzahir oğlu Həsənli 11 mart 1976-cı ildə Şuşa şəhərində anadan olub. İbtidai dini təhsilini babası ruhani Seyid Sadıqdan alıb. 1992-ci ildə Nəcəf bəy Vəzirov adına Şuşa şəhəri 2 nömrəli orta məktəbi bitirib. Həmin il Bakı İslam Universitetinə qəbul olub. 1996-cı ildə bu Universiteti axund, şəriət müəllimi ixtisası üzrə bitirib. 1997-ci ildə Şuşa Mədəni-Maarif Texnikumunda “İslam tarixi, milli əxlaq və dəyərlər” fənnini tədris edib. 2005-2006-cı illərdə həqiqi hərbi xidmət keçib. Gənc yaşlarından Şuşa şəhərində, işğal dövründə isə Bakı şəhərində şuşalıların yaşadığı ərazilərdə dini ayinlərin, yas mərasimlərinin icrası ilə məşğul olub. 2016-cı ildə Şuşa rayonu üzrə imam vəzifəsinə təyin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR