Xarici şirkətlər «Aztelekom»u özəlləşdirmək istəyir
19 iyun 2012 10:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Xarici şirkətlər Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Aztelekom” İstehsalat Birliyinin özəlləşdirilməsinə maraq göstərir. “APA-Economics”in məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.
Son zamanlar «Aztelekom»un sürətlə inkişaf etdiyini qeyd edən nazir onu da bildirib ki, İstehsalat Birliyinin paylarının alınmasına həm xarici, həm də yerli şirkətlərin marağı artıb: «Bir tərəfdən özəlləşdirmə üçün müəssisədə restrukturizasiya işləri aparılır, həmçinin Əmlak Məsələləri Dövlət Komitəsində də müvafiq işlər həyata keçirilir. Digər tərəfdən isə «Aztelekom»un böyük investisiya layihələri var ki, onlardan ən irisi 350 mln. manatlıq investisiya layihəsidir. Layihə 2015-ci ilədək ölkə ərazisini optik şəbəkə üzrə genişzolaqlı internetlə təmin edilməsini nəzərdə tutur. Ümumiyyətlə, «Aztelekom» nə vaxt özəlləşdiriləcəyini gözləmir və kapitalını artırmaqda davam edir».

İnfrastruktur
Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib
13:48
18 may 2024
Rusiya Baş nazirinin müavini: Şimal-Cənub dəhlizi Süveyş kanalına alternativdir
19:48
17 may 2024
Dövlət Xidməti: MTK-lar mənzillərin bölgüsünü dəyişdirib sata bilməyəcəklər
17:27
17 may 2024
Kirayə üsulu ilə 328 mənzil satışa çıxarılıb
16:43
17 may 2024