Bank Of Baku

Həkim: "Koronavirus doğuşa dolayı yolla təsir edir"

Həkim: "Koronavirus doğuşa dolayı yolla təsir edir"
# 26 noyabr 2021 14:54 (UTC +04:00)

“Koronavirus doğuşa dolayı yolla təsir edir”.

APA-nın məlumatına görə, bunu Kliniki Tibbi Mərkəzin həkim-ginekoloqu Təranə Həsənova “TƏBİB məsləhəti”ndə deyib.

O bildirib ki, qanı durulaşdırmaq üçün dərmanlar qəbul etdiyinə görə belə qadınlarda doğuş həkim üçün çətindir: “Xəstə ağır vəziyyətdə olarsa, normal doğuş mümkün olmur. Hamiləliyin 3-cü ayından sonra qadınların vaksinasiyadan keçmələri tövsiyə olunur. Bu, hamilə qadını COVID-19-dan qoruyur. Yaxşısı budur, qadınlar hamiləliyi planlaşdırsın. Plansız şəkildə hamilə qalmaq doğru deyil. Çünki həmin qadınlar koronavirusa yoluxduqda hamiləliyi necə keçirəcəklərini bilmirik. Hamilə qadınlarda yoxlamalar zamanı KT-dənsə rentgen müayinəsinə üstünlük verilir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR