Bakı Fond Birjası ötən ili mənfəətlə başa vurub

Bakı Fond Birjası ötən ili mənfəətlə başa vurub
# 30 may 2018 13:47 (UTC +04:00)

2017-ci ildə “Bakı Fond Birjası” QSC-nin aktivləri 57,25% artaraq 5 mln. 48 min 73 manat təşkil edib.

APA-Economics”in Bakı Fond Birjasının konsolidə edilmiş hesabatına istinadən verdiyi məlumata görə, şirkətin uzunmüddətli aktivləri 482,059 min manat, cəmi cari aktivləri 4 mln. 566,014 min manat təşkil edib.

QSC-nin öhdəliklərinə gəlincə, 2017-ci ildə bu göstərici 10,2 dəfə artaraq 406,513 min manat olub.

2016-cı il ilə müqayisədə 2017-ci ildə Bakı Fond Birjasının cəmi kapitalı 46,41% artaraq 4 mln. 641,560 min manat təşkil edib. Qurumun nizamnamə kapitalı 2016-cı ildə olduğu kimi qalıb – 1 mlrd. 260 min manat.

Bakı Fond Birjasının ötən il gəlirləri 3,9 dəfə artaraq 2 mln. 764 min manat, cəmi əməliyyat xərcləri 17,33% azalaraq 1 mln. 7 min 860 manat olub.

Bakı Fond Birjası ötən ili 1mln. 471,282 min manat mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR