Azərbaycanın «Mercury Investment» şirkətinin istiqraz emissiyası 500 mln. dolları üstələyib

Azərbaycanın «Mercury Investment» şirkətinin istiqraz emissiyası 500 mln. dolları üstələyib
# 18 noyabr 2013 11:05 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən «Mercury Investment and Holdings Ltd.» şirkətinin qapalı yerləşdirmə üsulu ilə yerləşdiriləcək faizli sənədsiz adlı təmin edilməmiş istiqrazlarının AZ2003009605 seriyalı istiqrazların emissiya prospekti qeydiyyata alınıb. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Komitənin məlumatında deyilir.

Məlumatda bildirilir ki, istiqrazların sayı 700 000 ədəd, hər birinin nominal dəyəri 100 ABŞ dolları, emissiyanın ümumi həcmi isə 70 mln. dollara bərabərdir.

Qeyd edək ki, bu, «Mercury Investment» şirkətinin artıq üçüncü istiqraz buraxılışıdır. Belə ki, bu ilin iyulunda həmin şirkətin 250 mln. dollarlıq istiqraz buraxılışı, ötən ilin avqust ayında isə 200 mln. dollarlıq istiqraz buraxılışı qeydiyyata alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR