Göygöldə avtomobil işıq dirəyinə çırpılıb, bir nəfər xəsarət alıb

Göygöldə avtomobil işıq dirəyinə çırpılıb, bir nəfər xəsarət alıb
# 02 iyun 2014 11:20 (UTC +04:00)

Göygöl. Azər Məmməd - APA. Göygöldə bir nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Göygöl rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun rayonunun Hacıməlik kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Gəncə şəhər sakini, 35 yaşlı Babək Məhərrəmovun idarə etdiyi “Mercedes” markalı avtomaşın işıq dirəyinə çırpılıb. Qəza nəticəsində ağır bədən xəsarətləri alan sürücü Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər yaralının vəziyyətini ağır qiymətləndirir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR