Qazaxıstanda milli parkda səkkiz meyit tapılıb
14 avqust 2012 08:15 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri Kalmuxambet Kasımov bildirib.
Yerli polisin informasiyasına görə, avqustun 13-də Aksaysk dərəsində öldürülmüş yeddi nəfərin meyiti aşkarlanıb. Üzərində döyülmə əlamətləri və bıçaq xəsarətləri olan iki meyit yerli yegerin evində tapılıb. Bir qədər aralıda isə daha üç nəfərin – iki kişi və bir qadının meyiti aşkarlanıb. İki nəfərin yanmış meyitini isə polis digər meşəbəyinin evində tapıblar.
Ehtimallara görə, öldürülənlərdən biri tanınmış yeger, brakonyerlərə qarşı sərt münasibətilə ad çıxarmış Panayot Zaxaropylodur. Digərlərinin isə onun işçiləri olduğu güman edilir.
Polis həmçinin P. Zaxarovla bir yerdə işləyən oğlunun dağıdılmış maşınını tapıblar. Avtomobilin salonunda qan izləri olub. Maşının sahibinin harada olduğu isə hələlik məlum deyil.
Daxili işlər naziri isə hələlik səkkiz nəfərin meyitinin tapıldığını deyib: “Evə baxış keçirilib, heç nəyə toxunulmayıb. Hazırda əməliyyat-axtarış tədbirlərini davam etdirir, məhkəmə-tibb ekspertizası aparırıq”.
Nazir qətlin bir neçə versiyası üzərində işlədiklərini də bildirib.

MDB
Erməni deputat: Koçaryanın hakimiyyət mübarizəsi gülüş doğurur
12:58
21 may 2024
Rusiyada diaspor təşkilatları "xarici agent" elan oluna bilər
12:52
21 may 2024
Ermənistan Rusiyanı silah öhdəliyini yerinə yetirməməkdə günahlandırıb
12:37
21 may 2024
Simonyan keşiş Baqratın siyasətlə məşğul olmasını qəbuledilməz hesab edir
12:29
21 may 2024