İran Suriyaya quru yolu ilə səyahəti dayandırıb
19 mart 2012 22:32 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İrandan Suriyaya quru yolu ilə təşkil edilən səyahət turları dayandırılıb. APA-nın məlumatına görə, bu barədə İranda fəaliyyət göstərən Cənubi Xorasan vilayətinin səyahət agentliyi bəyanat yayıb. Suriya quru yollarında silahlı terrorçuların sərnişinlərin həyatları üçün təhlükə yaratdığını hesab edən agentlik belə bir qərar qəbul etməli olub. Bəyanatda qeyd olunub ki, Suriyaya təyyarə ilə təşkil edilən səyahət turları hələlik davam edir.
Qeyd edək ki, İran fevralın 3-dən etibarən quru yolla Suriyaya ziyarəti qadağan edib. Buna səbəb son bir ay ərzində qonşu ölkəyə ziyarətə gedən 22 iranlı zəvvarın qaçırılması olub. İranın Pasport və Xarici Vətəndaşlarla İş üzrə Polisi İdarəsinin rəisi, general Mahmud Sadiqi bildirib ki, bundan sonra Suriyaya gedən iranlı zəvvarlardan hava yolundan istifadə etmək və qonşu ölkənin İranın Həcc və Ziyarət Təşkilatının nəzarətindəki karvanlarla getmək tövsiyə olunub.

Asiya
Hakan Fidan: "HAMAS atəşkəs olacağı halda girovları İsrailə qaytarmağa razı idi"
22:40
15 may 2024
Ermənistan İranla birgə Araz çayı üzərində ikinci körpü tikəcək
15:03
14 may 2024
İndoneziyada daşqın nəticəsində ölənlərin sayı 50-ə çatıb
06:34
14 may 2024
Qəzza zolağında BMT-nin əməkdaşı ölüb
22:49
13 may 2024