Kanadada Xocalı soyqırımının 20-ci ildönümünün anılması ilə əlaqədar nümayişlər keçirilib

Kanadada Xocalı soyqırımının 20-ci ildönümünün anılması ilə əlaqədar nümayişlər keçirilib
# 24 fevral 2012 22:45 (UTC +04:00)
Bakı-APA. 2012-ci ilin 24 fevral tarixində Kanadanın paytaxtı Ottavada bu ölkənin qanunverici orqanının binası qarşısında Kanadanın Ottava, Monreal, Toronto və Vaterlo şəhərlərində yaşayan Azərbaycan icmasının nümayəndələri, o cümlədən, buranın ali təhsil müəssisələrində təhsil alan azərbaycanlI tələbələr tərəfindən Xocalı soyqırımının 20-ci ildönümünün anılması ilə əlaqədar, Ermənistanın Azərbaycana qarşı apardığı etnik təmizləmə və işğal siyasətinə etiraz ilə bağlı nümayiş keçirilib. Bu barədə APA Azərbaycanın Kanadadakı səfirliyinə istinadən məlumat verir.

Nümayişdə 1992-ci ilin 25-26 fevral tarixlərində Xocalıda erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı törədilmiş cinayətlər və 1988-ci ildən davam edən işğala qarşı şüarlar səsləndirilib, Xocalı soyqırımı ilə bağlı yaddaş qeydləri paylanılıb. Nümayiş iştirakçıları Ermənistan tərəfindən yürüdülən bu siyasətin dayandırılmasını tələb edib, Kanada millət vəkillərini bu məsələlərə qiymət verməyə və Ermənistana təzyiq göstərməyə çağırıblar.

Həmçinin, nümayiş iştirakçıları Ermənistanın Kanadadakı səfirliyinin önündə də piket keçiriblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR