Azərbaycanın xarici işlər naziri Qazaxıstan xarici işlər nazirinin müavinini qəbul edib
12 mart 2012 16:01 (UTC +04:00)
Bakı – APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qazaxıstan xarici işlər nazirinin müavini Amangəldi Jumabayevi qəbul edib. XİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, A. Jumabayev Azərbaycanın BMT TŞ-yə qeyri-daimi üzv seçilməsi münasibətilə təbriklərini çatdırıb. Ölkəsinin Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığı daha da inkişaf etdirməkdə maraqlı olduğunu söyləyən nazir müavini, beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında müxtəlif məsələlərə dair qarşılıqlı dəstəyin mövcud olduğunu bildirib və bu sahədə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. O, ölkəsinin bu regionun sabitliyində və inkişafında maraqlı olduğunu deyərək Azərbaycan tərəfinin Qazaxıstan məhsullarının dünya bazarına çıxarılması istiqamətində dəstəyini yüksək qiymətləndirib.
Görüş zamanı tərəflər iki ölkə arasında müqavilə-hüquq bazasının möhkəmləndirilməsindən məmnunluq ifadə edərək, bu istiqamətdə işin davam etdirilməsinin vacibliyini dilə gətiriblər.
Görüş zamanı tərəflər iki ölkə arasında müqavilə-hüquq bazasının möhkəmləndirilməsindən məmnunluq ifadə edərək, bu istiqamətdə işin davam etdirilməsinin vacibliyini dilə gətiriblər.
Xarici siyasət
Deputat: Azərbaycanla Belarus dost və strateji tərəfdaş ölkələrdir
11:32
18 may 2024
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
22:17
17 may 2024
Aİ Azərbaycan və Ermənistan arasında imzalanan protokol üzrə əldə edilmiş irəliləyişi alqışlayıb
20:39
17 may 2024
Fariz Rzayev Avropa Şurasının Nazirlər Komitəsinin iclasında Azərbaycanın kütləvi mina təhdidi ilə üzləşdiyini bildirib
20:15
17 may 2024