Bakıda 3 uşaq anası özünü asıb

Bakıda 3 uşaq anası özünü asıb
# 25 aprel 2012 08:22 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakıda intihar hadisəsi baş verib. Bu barədə APA-ya Xətai rayon Prokurorluğundan bildirilib. Hadisə bu gün səhər saatlarında rayonun Kazımağa Kərimov küçəsi 34/5 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 38 yaşlı Səbinə Böyükağa qızı Cəlilova yaşadığı evin həyətində özünü asıb. İntiharın səbəbləri hələlik məlum deyil. Onun üç uşaq anası olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR