Qazaxıstanın “Kaşaqan” yatağında neftin hasilatına başlanılıb - VİDEO

Qazaxıstanın “Kaşaqan” yatağında neftin hasilatına başlanılıb - <span style="color: red;">VİDEO
# 11 sentyabr 2013 15:52 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, bu barədə bu gün şirkətin yaydığı məlumatda deyilir.

İlkin olaraq yataqda sənaye hasilatının 2005-ci ildə başlayacağı nəzərdə tutulurdu. Ancaq çətin geoloji şərtlər hər dəfə hasilatı təxirə salırdı. Belə ki, bu neft yataqları dəniz dibindən 4,7 km aşağıda yerləşir. Hasilatın təxirə salınmasına digər səbəb isə Qazaxıstanın investorlarla yaranan mübahisəli məsələləri idi. Belə ki, 2007-ci ildə Qazaxıstan hökuməti İtaliyanın “ENİ” korporasiyasından yerli neft şirkətlərinin yataqdakı payını 40%-ə çatdırmağı və neftin tədarükünə başlaması ilə təxirə salınmış işləri 10 mlrd. dollar həcmində kompensasiya edilməsini tələb edirdi. Vəziyyət o həddə çatıb ki, 2012-ci ildə “Kaşaqan” neft yatağı dünyanın ən bahalı yatağı sayılır və onun işlənilməsi və yatırılacaq investisiyaların dəyəri 116 mlrd. dollar dəyərində ölçülür.

Konsorsiumda “Royal Dutch Shell”, “ExxonMobil”, “Total”, “Inpex”, “CNPC”, “ENI” və Qazaxıstanın “Kazmunayqaz” kmi şirkətləri iştirak edir. Hazırda layihəyə investisiya edilən vəsaitin dəyəri onlarla milyard dollar təşkil edir.

2013-cü ildə “Kaşaqan” yatağında hasil olacaq neftin həcmi 1,5-3 mlrd. ton təşkil etməlidir. Yatağın neft ehtiyatlarının həcmi 4,8 mlrd. ton, yataqdakı məcmu karbohidrogen ehtiyatı isə 38 mlrd. barel təşkil edir.

“Kaşaqan” nefti ixrac üçün Rusiyanın Samara şəhərinə, oradan isə Novorossiysk limanına çatdırılacaq. Qazax neftinin nəqlini Rusiyanın “Transneft” şirkəti həyata keçirəcək. Bundan başqa, “Kaşaqan” yatağından çıxarılan neft Çinə də ixrac ediləcək. Hazırda konsorsium Qazaxıstan neftinin Bakı-Tiflis-Ceyhan əsas ixrac boru kəmərinə qoşulması məsələsini də nəzərdən keçirir.

Qeyd edək ki, “Kaşaqan” neft yatağı Xəzər dənizinin Qazaxıstana aid hissəsində yerləşir və 2000-ci ildə istifadəyə verilib. Bu yataq son 30 ildə açılan ən iri neft yatağı hesab olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR