BDU-da “Təhsilin inkişaf strategiyası və onun reallaşdırılması” mövzusunda konfrans keçirilib - FOTO

BDU-da “Təhsilin inkişaf strategiyası və onun reallaşdırılması” mövzusunda konfrans keçirilib - <span style="color: red;">FOTO
# 07 may 2015 10:07 (UTC +04:00)

Bakı-APA. Bu gün Bakı Dövlət Universitetində (BDU) Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş “Təhsilin inkişaf strategiyası və onun reallaşdırılması” mövzusunda respublika elmi-praktiki konfransı keçirilib.

BDU-nin mətbuat və informasiya şöbəsindən APA-ya verilən xəbərə görə, universitetin sosial elmlər və psixologiya fakültəsinin təşkilatçılığı ilə keçirilən konfransı rektor, akademik Abel Məhərrəmov açaraq onun əhəmiyyətindən danışıb.

“Xoşbəxt o xalqdır ki, onun ümummilli lideri var, xalq o vaxt daha da xoşbəxt olur ki, bu siyasi kurs ölkədə uğurla davam etdirilir” deyən rektor Abel Məhərrəmov Heydər Əliyevin milli dövlətçilik ideyasının bərqərar olması, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması, elm və təhsilin inkişafındakı tarixi xidmətlərindən bəhs edib. Rektor deyib ki, bu konfrans sosial elmlər və psixologiya sahəsində, müasir təhsil və cəmiyyətin inkişafında müşahidə olunan problemlərin həll edilməsi istiqamətində aparılan elmi-tədqiqat işlərinin nəticələrinin müzakirə edilməsi baxımından da səmərəli olacaq.

Sonra sosial elmlər və psixologiya fakültəsinin dekanı, professor Hikmət Əlizadə Qafqaz Universitetinin kafedra müdiri, professor Əjdər Ağayev, BDU-nun pedaqogika kafedrasının müdiri, professor Ləzifə Qasımova çıxış ediblər.

Konfrans işini bölmə iclaslarında davam etdirib və ümumilikdə 144 məruzə dinlənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR