Xızıda 14 hektar biçilmiş taxıl sahəsi yanıb

Xızıda 14 hektar biçilmiş taxıl sahəsi yanıb
# 29 iyun 2015 04:08 (UTC +04:00)

Bakı-APA. Xızı rayonunda yanğın hadisəsi baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Xızı rayonu, Giləzi qəsəbəsində (rayon mərkəzindən 32 km aralı) bələdiyyəyə məxsus ərazidə 14 ha biçilmiş taxıl sahəsi və quru ot yanıb.

Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR