Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 27 fevral

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 27 fevral
# 27 fevral 2016 17:01 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

Suriyada atəşkəs rejiminə riayət olunmayacaq, imzalanan sənədin yalnız deklarativ əhəmiyyəti var. Ölkədə bir-birinə qarşı döyüşən dörd fərqli tərəf var, atəşkəs sazişi bu tərəflərdən üçü arasında bağlanıb, vətəndaş müharibəsinin əsas səbəbkarı isə sazişdən kənarda qalıb. Sazişin mahiyyətinə varsaq, belə məlum olur ki, Əsəd qüvvələri, Rusiya və İran İŞİD istisna olmaqla digər müxaliflərə hücum etməyəcək, müxalif qüvvələr ki, onların sayı 90-a yaxındır, Əsəd və müttəfiqlərinin mövqelərini vurmayacaq. Deməli, bu Suriya-Rusiya-İran ittifaqı ilə Qərb arasında imzalanan, bir-birilərinin maraqlarına zərbə endirməmək barədə atəşkəsdir. Və İŞİD varlığını sürdürdükcə, bu cür sazişlərin heç bir əhəmiyyəti qalmır. "Suriyada atəşkəs rejimi qüvvədən düşdü", "atəşkəsə riayət olunmadı" kimi xəbərləri isə çox gözləmək lazım gəlməyəcək. Azad Suriya Ordusunun bəyanatı da göstərir ki, əslində Suriyada heç kim geri addım atmaq istəmir. Bu xəmir hələ çox su aparacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR