Samir Nuriyev: “Sosial evlərin qiyməti bazardakından 25% aşağı olacaq”

Samir Nuriyev: “Sosial evlərin qiyməti bazardakından 25% aşağı olacaq”
# 01 mart 2017 08:39 (UTC +04:00)

“Dövlətin verdiyi dəstək hesabına, MİDA-nın inşa etdiyi binalardakı evlər bazar qiymətindən aşağı müəyyən olunacaq”.

APA-Economics” xəbər verir ki, bunu Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev bildirib.

S.Nuriyev qeyd edib ki, tikinti yerindən asılı olaraq bazar qiyməti müəyyənləşəcək və bu səbəbdən də qiymətlər müxtəlif olacaq.

“Biz gözləyirik ki, qiymətlər ən azı bazar qiymətindən 20-25% aşağı olsun. Çünki, dövlət torpağın ayrılması və kommunikasiyanın çəkilməsi ilə bağlı dəstək verir. Mümkün olsa, qiymətlər bazar qiymətindən daha da aşağı ola bilər”, - deyə S.Nuriyev vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR