VTB: Azərbaycandakı törəməmiz bütün tələblərə cavab verir

VTB: Azərbaycandakı törəməmiz bütün tələblərə cavab verir
# 02 noyabr 2016 06:42 (UTC +04:00)

“VTB Qrup” yeni strategiyası çərçivəsində Rusiya və MDB ölkələri, o cümlədən Azərbaycanla olan ticarət dövriyyəsinin dayaq nöqtəsi olmaq niyyətindədir. "APA-Economics" xəbər verir ki, bunu "Bank VTB"-nin İdarə Heyətinin sədr müavini Mixail Osiyevski bildirib.

"Sözsüz ki, son 2 il ərzində enerji daşıyıcıları bazarında baş verən dramatik hadisələr ticarət dövriyyəsinin həm həcminə, həm də strukturuna ciddi təsir edib. SSRİ dövründə yaranan bu model uzun müddət aktual olacaq. Ona görə, bizim Qrup dayaq nöqtəsi olmağı özünə borc bilib", - deyə M. Osiyevskiy qeyd edib.

Onun sözlərinə görə, cari ilin yay aylarında VTB Qrupu "Bank VTB (Azərbaycan)" ASC-yə 110 mln. manat həcmində əlavə kapital yatırıb: "Bununla da bizim törəməmiz bütün müvafiq tələblərə, o cümlədən prudensial normalara cavab verir".

Bankir qeyd edib ki, hazırda "Bank VTB (Azərbaycan)" yeni müştərilərin, ilk növbədə hüquqi şəxslərin cəlb olunması istiqamətində işlər görür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR