Leyla Əliyeva Moskva Uşaqlara Tibbi Yardım Elmi-Təcrübə Mərkəzində olub - FOTOSESSİYA

Leyla Əliyeva Moskva Uşaqlara Tibbi Yardım Elmi-Təcrübə Mərkəzində olub - <span style="color: red;">FOTOSESSİYA
# 06 mart 2014 23:17 (UTC +04:00)

APA-nın “AzərTAc”a istnadən verdiyi xəbərə görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı uşaqlara tibbi yardım üzrə ETM-in direktoru, tibb elmləri doktoru, professor, RTEA-nın akademiki, Rusiya Federasiyasının Əməkdar Həkimi Andrey Pritıko qarşılayıb. O, 1995-ci ildə yaradılmış mərkəzin işindən danışıb və qeyd edib ki, ETM dövlət səhiyyə müəssisəsidir və uşaqlara həyatının ilk günlərindən 18 yaşınadək ixtisaslaşdırılmış tibbi yardım göstərir. Mərkəzdə yüksək ixtisaslı mütəxəssislər işləyirlər. Onların arasında 20 tibb elmləri doktoru, 32 tibb elmləri namizədi var. Mərkəzin bir çox mütəxəssisləri müəllimlik fəaliyyəti ilə məşğul olur, təcrübə və biliklərini gələcək həkimlərə öyrədirlər.

Sonra Leyla Əliyeva neyrocərrahiyyə, yeni doğulmuş və vaxtından əvvəl doğulmuş uşaqların patologiyası, onkologiya şöbələrində yaradılmış şəraitlə tanış olub, kliniki-diaqnostika laboratoriyasını, şüa diaqnostikası şöbəsini, genetika xidmətini gəzib. Palatalarda Leyla Əliyeva xəstəxanada müalicə olunan uşaqlarla və onların valideynləri ilə söhbət edib. Hər bir şöbənin rəhbəri Heydər Əliyev Fondunun vitse-prezidentinə müalicə metodları barədə məlumat verib. Uşaqların hər birinə Heydər Əliyev Fondu adından hədiyyələr paylanıb.

Leyla Əliyevaya mərkəzdə işləyən azərbaycanlı həkimlər təqdim olunub. Onlar qeyd ediblər ki, Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Moskvada təhsil alıblar.

Sonra klinikanın rəhbərləri ilə işgüzar söhbət olub. Elmi-Təcrübə Mərkəzinin direktoru A.Pritıko qeyd edib ki, mərkəzdə müalicə olunan uşaqlar əlamətdar günlərdə və bayramlarda Heydər Əliyev Fondundan hədiyyələr alırlar. O, xəstə uşaqlara göstərilən qayğıya görə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinə minnətdarlığını bildirib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycanda həyata keçirilən “Diabet xəstəsi olan uşaqlara daha çox qayğı” proqramından və Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakıda tikilən Talassemiya Mərkəzinin fəaliyyətindən danışıb. Görüşdə Moskva mərkəzi ilə Azərbaycanın tibb müəssisələri arasında palliativ yardım sahəsində əməkdaşlıq məsələsi müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR