ABŞ-da ehtiyatların azalması nefti bahalaşdırır

ABŞ-da ehtiyatların azalması nefti bahalaşdırır
# 21 iyul 2016 07:12 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Dünya bazarında neft bahalaşıb.

"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,19 dollar artaraq 45,94 dollar təşkil edib.


ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,22 dollar artaraq 47,39 dollar olub.

Bazar iştirakçıları ABŞ bazarında neft ehtiyatlarının həcmi ilə bağlı həftəlik məlumatın açıqlanmasını gözləyirlər. Belə ki, Amerika Neft İnstitutu neft ehtiyatlarının ötən həftə üçün 2,3 mln. barrel azaldığını elan edib. Rəsmi statistika açıqlandıqdan sonra bu rəqəm öz təsdiqini tapsa, bu neft ehtiyatlarının həcminin artıq 9-cu dəfə azalması olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR