İran Avtomobil və Turizm Klubunun direktoru: “Gediş-gəlişi asanlaşdırmaq üçün hər cür tədbir görməyə hazırıq”

İran Avtomobil və Turizm Klubunun direktoru: “Gediş-gəlişi asanlaşdırmaq üçün hər cür tədbir görməyə hazırıq”
# 09 sentyabr 2016 08:29 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev - APA. “Sərhədlərdə insanların gediş-gəlişini yaxşılaşdırmaq üçün Azərbaycanla hər cür əməkdaşlıq etməyə hazırıq”.

Bunu APA-nın Tehran bürosuna açıqlamasında İranın Avtomobil və Turizm Klubunun baş direktoru İbrahim Rzayi Babadi deyib. O bildirib ki, Azərbaycan və İran iki dost ölkə olaraq yaxşı əlaqələrə malikdir: “Hər iki ölkə çalışır ki, əlaqələri yüksək səviyyədə saxlasın. Əgər Azərbaycan və İran vətəndaşlarının sərhədlərdə gediş-gəlişinə hər hansı əngəllər varsa, biz öz tərəfimizdən həmin problemlərin həllində hər cür əməkdaşlıq etməyə hazırıq. Sürücülər avtomobilləri ilə sərhədi keçərkən hər hansı problemlə üzləşirlərsə, biz həmin problemləri də aradan qaldırmağa hazırıq”.

İ. R. Babadi əlavə edib ki, İran qonşu ölkələrdən turistlərin cəlb edilməsi siyasətini yeridir və bu istiqamətdə bütün lazımi tədbirləri həyata keçirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR