Azərbaycanda uşaq serialları çəkiləcək

Azərbaycanda uşaq serialları çəkiləcək
# 13 sentyabr 2012 10:48 (UTC +04:00)
Bu barədə APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib. Onun sözlərinə görə, hazırda ölkədə uşaqlarla bağlı verilişlərin sayı və keyfiyyəti çox aşağıdır: “Biz çalışacağıq ki, telekanallara növbəti maliyyə ayrılanda uşaqlarla bağlı da seriallar çəkilsin. Uşaqlarla bağlı layihələrə üstünlük veriləcək. Sujet xətti uşaqların həyatı, istəkləri olan filmlərin çəkilməsini çox istərdik”.

MTRŞ sədri deyib ki, milli cizgi filmlərinə maliyyə ayrılması ilə bağlı müraciət seriallara maliyyə yardımı başa çatandan sonra ediləcək: “Cizgi filmləri ilə bağlı problem ciddidir və aktuallığında qalır. Azərbaycanda uşaqlarla bağlı göstərilən cizgi filmlərinin böyük əksəriyyəti xarici məhsullardır. Biz çalışmalıyıq ki, yerli istehsalı qaldıraq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR