Vergi işçiləri arasında Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş şahmat turniri keçirilib
05 may 2012 13:39 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycanın vergi xidməti əməkdaşları arasında Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş ənənəvi şahmat turnirinə yekun vurulub.
Nazirliyin Analitik informasiya şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, turniri Vergilər Nazirliyi Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə keçirib.
Yarışlara aprelin 14-da start verilib, may ayının 5-də isə yekun vurulub. Turnirdə nazirliyin əksər struktur vahidlərinin əməkdaşları iştirak ediblər. Yarışlar Olimpiya sistemi üzrə keçirilib.
Turnirin qalibi Vergilər Nazirliyinin Aparatından Əli Həsənov olub. Nazirliyin Vergi Auditi Departamentinin əməkdaşı Azay Məmmədov turnirdə 2-ci yeri tutub. 3-cü yer uğrunda yarışda Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin əməkdaşı Babək İbrahimov qalib gəlib. Turnirdə yüksək nəticələr göstərmiş əməkdaşlar mükafatlandırılıblar.
Tədbirə qatılan şahmat üzrə beynəlxalq dərəcəli usta Rauf Hacılı yarış iştirakçıları ilə eyni zamanda oyun seansı keçirib.

Sosial
Ədliyyə Nazirliyinin iki idarə rəisi işdən çıxarılıb
19:12
15 may 2024
Nüvə və radiasiya təhlükəsizliyi mövzusunda təlim keçirilib
18:57
15 may 2024
FHN-in Cənub Regional Mərkəzi Lənkəranda birgə nəzəri-praktiki tədbir keçirib
18:17
15 may 2024
Şəkərli diabet xəstələrinin dərman təminatında yaranmış problemə aydınlıq gətirilib
18:17
15 may 2024