«Qala Həyat» sığorta şirkəti nizamnamə kapitalını artırır
19 mart 2012 14:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Qala Həyat» ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.
QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 1 430 manat, sayı 3,5 min ədəd, emissiyanın ümumi həcmi isə 5,005 mln. manat təşkil edir. Emissiya «Qala Həyat»ın bundan öncə qeydiyyata alınmış (hər birinin nominal dəyəri 1 243 manat olan 3,5 min ədəd və 4 350 500 manatlıq) adi adlı sənədsiz səhmlərinin yeni parametrlərə konvertasiyası yolu ilə həyata keçiriləcək. Yerləşdirmə başa çatdıqdan sonra sığorta şirkətinin nizamnamə kapitalı 15% artaraq 5,005 mln. manata çatacaq.
Xatırladaq ki, «Qala Sığorta» şirkəti 2008-ci ildən fəaliyyət göstərir, 2010-cu ilin noyabr ayında şirkətin adı «Qala Həyat»a dəyişib. Şirkətin təsisçiləri rolunda «AzRe Təkrarsığorta» şirkəti (88%) və 1 fiziki şəxs (12%) çıxış edir.

Maliyyə
ABB-nin Suraxanı filialı yenilənib
14:15
15 may 2024
ABA sədri: Rəqəmsal bankların formalaşdırılması ilə bağlı qanunvericilik islahatları həyata keçirilməlidir
11:33
15 may 2024
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
11:15
15 may 2024
PAŞA Sığortadan Beynəlxalq Ailə Gününə özəl endirim kampaniyası başladı!
10:54
15 may 2024