Rüfət Aslanlı: «Azərbaycan qiymətli kağızlar bazarında yaranmış vəziyyət növbəti mərhələdə alətlərin çeşidinin artmasına zəmin yaradır»

Rüfət Aslanlı: «Azərbaycan qiymətli kağızlar bazarında yaranmış vəziyyət növbəti mərhələdə alətlərin çeşidinin artmasına zəmin yaradır»
# 05 oktyabr 2012 10:39 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda qiymətli kağızlar bazarının artım göstəriciləri kəmiyyət baxımından müsbət olub. «APA-Economics»in məlumatına görə, bunu Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlı bildirib: «Bazar üzrə artım tempi 50-55%-dən aşağı deyil. Hazırda qarşımızda duran əsas məqsəd bu artım vasitəsi ilə keyfiyyət dəyişikliklərinə nail olmaqdır».

R.Aslanlı hesab edir ki, kapital bazarlarından daha geniş maliyyələşmənin təmin olunması üçün daha çox şirkətin müraciət etməsinə nail olunmalıdır, daha çox investorların vəsaitlərini diversfikasiya olunmuş maliyyə alətlərinə yerləşdirilməsinə cəhd edilməlidir.

«Biz bu proseslərin gedişində təhlükəsizlik və etimad, şəffaflıq məsələlərini daha yüksək səviyyəyə qaldırmalıyıq. Bu proseslər təbii ki, bir günün işi deyil. Ona görə də bizim proqramımızda ilk üç ilin əsas hədəfləri kimi prioritetlər nəzərdə tutulur. Hesab edirəm ki, bu sahədə müsbət nəticələrimiz var. Qiymətli Kağızlar bazarının strukturunun əvvəlki illər üzrə statistikasına nəzər salanda, əvvəllər ilkin bazarda yerləşdirmələr üstünlük təşkil edirdisə, son bir neçə ildə təkrar bazarda əməliyyatlar ilkin yerləşdirmələrlə müqayisə olunacaq həddə çatıb. Bu o deməkdir ki, artıq investorlar arasında aktivlərin ötürülməsi, kapital bazarlarındakı alətlər arasında rəqabət yaranmağa başlayıb. Bu faktiki olaraq növbəti mərhələdə kapital bazarlarında daha çeşidli alətlərin və daha çox şirkətlərin təmsil olunacağına zəmin yaradır», - deyə QKDK sədri vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR