Bombardman nəticəsində FARK solçu qruplaşmasının 8 döyüşçüsü öldürülüb

Bombardman nəticəsində FARK solçu qruplaşmasının 8 döyüşçüsü öldürülüb
# 07 iyun 2012 04:39 (UTC +04:00)
Bakı-APA. Kolumbiya hərbi hava güvələrinin ölkənin şimalında endirdiyi hava zərbəsi nəticəsində FARK solçu qruplaşmasının 8 üzvü öldürülüb, 3 nəfər əsir götürülüb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, öldürülənlər arasında qruplaşmanın “regional rəhbəri” və bir necə komandirləri də var.
Kolumbiya prezidenti Manuel Santos bildirib ki, hava zərbəsi ilə qruplaşmanın “37-ci cəbhəsinin” qalıqları məhv edilib.
Bundan başqa qruplaşmanın təchizatı ilə məşğul olan 12 döyüşçü saxlanılıb.
Müxtəlif hesablamalara görə adı ABŞ Dövlət Departamentinin terrorçu təşkilatlar siyahısına daxil edilmiş FARC-ın 7 minə yaxın üzvü var. FARC 1964-cü ildən Kolumbiya hökumətinə müharibə elan edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR