Ağdaşda 2 hektar ərazidə külli miqdarda narkotik xassəli bitki tapılaraq məhv edilib
28 iyun 2012 18:44 (UTC +04:00)
Ağdaş. Elvin Yaqubov-APA. Ağdaş rayonunda külli miqdarda narkotik xassəli çətənə kolu aşkarlanaraq məhv edilib. APA-nın yerli bürosunun xəbərinə görə, Ağdaş rayon Polis Şöbəsi əməkdaşları iyunun 28-də “Xaş-xaş-2012” tədbirlər planına uyğun olaraq, əməliyyat keçiriblər. Rayonun Mürsəl kəndində su arxının kənarından yabanı halda bitən külli miqdarda narkotik xassəli çətənə kolları aşkar edilib. Ümumilikdə 2 hektar ərazidə aşkar olunan və ümumi çəkisi 1 ton 680 kiloqram olan 3253 ədəd çətənə kolu kökündən çıxarılaraq yandırılıb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Hadisə
"Ağ çiçəyim" gül mağazasındakı yanğınla bağlı iki küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb - YENİLƏNİB
00:22
16 may 2024
Bakıda "Ağ çiçəyim” gül mağazası yanır - YENİLƏNİB - VİDEO
23:48
15 may 2024
Gəncədə ev yanıb
19:25
15 may 2024
Talassemiyalı uşaqlara qarşı 1 milyon manatlıq dələduzluğa görə mülki iddialar qaldırılıb
18:43
15 may 2024