İsmayıllıda 68 yaşlı qadın özünü asıb

İsmayıllıda 68 yaşlı qadın özünü asıb
# 14 mart 2016 07:58 (UTC +04:00)

İsmayıllı. Evin Yaqubov - APA. İsmayıllı rayon sakini intihar edib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Burovdal kəndində qeydə alınıb. Kənd sakini, 1948-ci il təvəllüdlü Xanhüseynova Ruqiyyə Şahlar qızı özünü yaşadığı evin həyətindəki tövlədə kəndirlə asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR