Göyçayda zəncirvari avtomobil qəzası olub

Göyçayda zəncirvari avtomobil qəzası olub
# 24 noyabr 2015 12:06 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov - APA. Göyçay rayonunda 3 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Göyçay şəhərinin Əli Kərim küçəsində qeydə alınıb. Hadisə şahidlərinin sözlərinə görə, naməlum sürücünün idarə etdiyi “VAZ 2104” markalı minik avtomobili sürətlə hərəkətdə olarkən qəflətən idarəetməni itirib və yolun kənarında dayanan Göyçay sakini Həsənağa Bayramova məxsus “VAZ 2106” markalı minik avtomobilinə çırpılıb. Zərbənin təsiri nəticəsində həmin avtomobil qarşı tərəfdə dayanmış Manaf Vahidova məxsus “Mitsubishi Pajero” markalı minik avtomobilinə çırpılıb. Hər 3 avtomobilə ciddi ziyan dəysə də, xəsarət alan olmayıb. Hadisəni törədən sürücü qaçıb. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları “VAZ 2104” markalı avtomobilin tapılması üçün əməliyyat-axtarış tədbirlərini davam etdirirlər.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR