Kanada 18 Ukrayna vətəndaşının hesabını dondurub

Kanada 18 Ukrayna vətəndaşının hesabını dondurub
# 07 mart 2014 04:08 (UTC +04:00)

Bakı-APA. Kanada hakimiyyəti maliyyə sanksiyaları tətbiq olunan Ukraynanın 18 vətəndaşının siyahısını dərc edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, korrupsiyada şübhəli bilinən bu şəxslər barəsində tətbiq ediləcək sanksiyalar onların bank hesablarının dondurulmasını nəzərdə tutur.

On səkkiz nəfərin adının yer aldığı siyahı artıq Kanada XİN saytında dərc olunub. Qeyd edək ki, bu siyahı Britaniya hökumətinin bir müddət əvvəl dərc etdiyi siyahı ilə eynidir.

Qeyd edək ki, sanksiyalara məruz qalan şəxslər arasında Ukraynanın keçmiş baş naziri Nikolay Azarov və Viktor Yanukoviç də var.

Ukraynanın 18 vətəndaşının aktivlərinin dondurulmasını həmçinin Avropa İttifaqı, Avstriya, İsveçrə və Lixtenşteyn elan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR