Rusiya ərazisinin Ukrayna tərəfindən atəşə tutulması faktı ilə bağlı cinayət işi açılıb

Rusiya ərazisinin Ukrayna tərəfindən atəşə tutulması faktı ilə bağlı cinayət işi açılıb
# 20 iyun 2014 23:06 (UTC +04:00)

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya Federasiyası İstintaq Komitəsinin nümayəndəsi Vladimir Markin bəyan edib.

“İstintaq Komitəsinin Cənub federal dairəsi üzrə orqanları Rusiya ərazisinin Ukrayna tərəfindən atəşə tutulması və gömrük postu əməkdaşının yaralanması faktı ilə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinə uyğun olaraq ağırlaşdırıcı hal kimi ölümə cəhd maddəsi ilə cinayət işi açılıb”, deyə Markin bildirib.

Onun sözlərinə görə, hazırda hadisə yerində İstintaq Komitəsinin müstəntiqləri araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR