Müsavat Məclisinin üzvü: “Partiyanın qurultayını sonsuzluğa qədər uzatmaq düzgün deyil”

Müsavat Məclisinin üzvü: “Partiyanın qurultayını sonsuzluğa qədər uzatmaq düzgün deyil”
# 29 may 2014 08:39 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “Müsavat Partiyasının əksər üzvləri də bu fikirdədir ki, texniki məsələləri kənara qoyub, nizamnamənin maddəsini əsas götürərək qurultayı keçirmək lazımdır”.

Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının Məclis üzvü Sabir Məmmədli partiyanın qurultayının növbəti dəfə təxirə salınmasına münasibət bildirərkən deyib.

S.Məmmədli qeyd edib ki, hər bir siyasi təşkilatın nizamnaməsinə əməl edilməsi ən vacib şərtlərdən biridir. Onun sözlərinə görə, məhz texniki məsələlərə görə nizamnamənin müvafiq bəndinin üstündən keçərək, qurultayın ardıcıl təxirə salınması doğru deyil: “Bu baxımdan Müsavat Partiyasının nizamnaməsinə əməl olunması bizim həm demokratik imicimizə, həm də mübarizəmizin məğzinə tam uyğundur. Nizamnamənin şərtlərinə əməl olunmaması müəyyən texniki problemlərlə bağlı olur. Ola bilər ki, texniki məsələlərlə əlaqədar bir dəfə gecikmə olsun. Ancaq qurultayı keçirmək üçün hər şeyi məhz texniki problemlərlə bağlamaq ictimai düşüncədə də düzgün qəbul olunmur”.

S.Məmmədli qeyd edib ki, partiya daxilində də qurultayla bağlı geniş müzakirələr aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR