TBMM aparatının 30 vəzifəli əməkdaşı işdən uzaqlaşdırılıb

TBMM aparatının 30 vəzifəli əməkdaşı işdən uzaqlaşdırılıb
# 20 iyul 2016 11:12 (UTC +04:00)

Bakı – APA. Türkiyədə “Fətullahçı Terror Təşkilatı”nın (FETÖ) üzvü və tərəfdarı olduğu iddiası ilə dövlət məmurlarının kütləvi şəkildə işdən uzaqlaşdırılması prosesi davam edir.

APA-nı “Milliyet”ə istinadən verdiyi məlumata görə, Türkiyə Böyük Millət Məclisi aparatında 30 əməkdaş vəzifəsindən qovulub. Onların arasında TBMM baş katibinin müavinləri Məhəmməd Bozdağ, Kamal Kaya və Mustafa Tamirci də var.

Bundan başqa, çoxlu sayda şöbə rəhbəri və şöbə rəhbərlərinin müavinləri də işdən kənarlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR