Bakıda yanacaqdoldurma məntəqəsində baş vermiş partlayışla bağlı cinayət işi başlanıb

Bakıda yanacaqdoldurma məntəqəsində baş vermiş partlayışla bağlı cinayət işi başlanıb
# 13 fevral 2014 16:48 (UTC +04:00)

Bu barədə APA-nın sorğusuna cavabında Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.

Onun sözlərinə görə, həmin faktla bağlı Bakı Şəhər Prokurorluğunun istintaq idarəsində Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Qeyd edək ki, bu gün Bakının Xətai rayonu Ramiz Quliyev küçəsi, 6 ünvanında yerləşən “LUKoil” yanacaqdoldurma məntəqəsində təmir işləri aparılan zaman partlayış baş verib. Nəticədə təmir aparan iki ustadan biri hadisə yerində, digəri isə xəstəxanada dünyasını dəyişib. Hadisə nəticəsində daha bir nəfər xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR