Paşha Bank
Bank Of Baku

UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub

UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
# 12 noyabr 2026 23:01 (UTC +04:00)

Türkiyə millisi bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti oyununa çıxıb.

Apasport.az xəbər verir ki, yığma A Liqasının I qrupunun V turunda Belçika seçməsi ilə qarşılaşıb.

İzmirdəki “Gürsel Aksel” stadionunda keçirilən görüş Bakı vaxtı ilə saat 21:00-da başlayıb.

"Ay-ulduzlular" yeni baş məşqçisi Sergen Yalçının rəhbərliyi altında ilk matçına çıxıb.

3 qolun vurulduğu matçda sevinən tərəf qonaqlar olub. Görüş Belçikanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Türkiyə millisi keçirdiyi 5 oyunun hamısında məğlub olaraq xalsız 4-cü pillədə qərarlaşıb. Belçika isə eyni sayda qarşılaşmada 9 xal toplayaraq 2-ci sırada yer alıb.

12 noyabr

UEFA Millətlər Liqası,

A Liqası, I qrup, V tur

21:00. Türkiyə – Belçika 1:2

Hakim: Sandro Şerer (İsveçrə)

Stadion: “Gürsel Aksel”, İzmir

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR