Azərbaycanda xeyli miqdarda narkotik satan Gürcüstan vətəndaşı həbs edilib
26 iyun 2012 12:35 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Gürcüstan vətəndaşı həbs edilib. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, DİN-in Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gürcüstan vətəndaşı Bayram Niyazov 2 kiloqram 200 qram marixuananı satarkən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Faktla bağlı araşdırma aparılır.