Bakının bəzi küçə və prospektlərində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
13 oktyabr 2012 09:33 (UTC +04:00)
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hərəkətin məhdudlaşdırılması oktyabrın 15-də Bakıda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Nazirlər Şurasının 20-ci iclası, oktyabrın 16-da isə Zirvə Toplantısı ilə əlaqədardır.
Belə ki, iki gün ərzində paytaxtın Heydər Əliyev, Neftçilər, Bülbül, İnşaatçılar prospektlərində, Yusif Səfərov, Afiyəddin Cəlilov, Üzeyir Hacıbəyli, Zərifə Əliyeva, Niyazi, İstiqlaliyyət, Rəşid Behbudov, 28 May, Bakıxanov, Koroğlu Rəhimov küçələrində, eləcə də “Azneft meydanı” və “Qələbə meydanı” istiqamətinə şəxsi nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacaq.
İdarə sürücü və avtomobil sahiblərini qeyd olunan küçə və prospektlər istiqamətində şəxsi nəqliyyat vasitələrindən istifadə etməməyə, ictimai nəqliyyat vasitələrinə üstünlük verməyə çağırır.

Hadisə
Tovuzda su anbarında batan şəxsin axtarışları davam edir - VİDEO
13:04
24 may 2024
Ələsgər Məmmədli ev dustaqlığına buraxılmayıb
12:20
24 may 2024
Cəlilabadda 11 yaşlı qızın cərəyan vurması nəticəsində ölməsi faktı araşdırılır
12:05
24 may 2024
Naxçıvanda itlərə işgəncə verilməsinə şərait yaradan şəxslər saxlanılıb - VİDEO
11:33
24 may 2024