Abşeronda 23 gün əvvəl maşın vuran kişi bu gün ölüb

Abşeronda 23 gün əvvəl maşın vuran kişi bu gün ölüb
# 12 aprel 2024 19:18 (UTC +04:00)

Abşeronda 23 gün əvvəl maşın vuran kişi bu gün ölüb.

APA xəbər verir ki, hadisə martın 20-də Ceyranbatanda qeydə alınıb.

1975-ci il təvəllüdlü Şirvan Hüseyn oğlu Qasımovu magistral yolda “Opel” markalı maşın vurub. Xəsarət alan piyada Bakıda xəstəxanaya aparılıb. 23 gün müddətində göstərilən tibbi yardımlara baxmayaraq, Şirvan Qasımov bu gün müalicə aldığı xəstəxanada ölüb.

Fakt araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR