Bank Of Baku

Abşeronda betonqarışdıran avtomobil dayanacağa aşıb, ölən var

Abşeronda betonqarışdıran avtomobil dayanacağa aşıb, ölən var
# 18 oktyabr 2023 09:02 (UTC +04:00)

Abşeronda yol qəzası zamanı betonqarışdıran yük avtomobili aşıb.

APA xəbər verir ki, hadisə Mehdiabad-Pirşağı yolunda qeydə alınıb.

Rasim Məmmədovun idarə etdiyi "Mercedes" markalı betonqarışdıran yük avtomobili qarşı yoldan gələn “BMW” markalı avtomobillə toqquşub. Nəticədə yük avtomobili sürüşərək yolun kənarındakı avtobus dayanacağına aşıb və dayanacaq uçub. Bu zaman dayanacaqda olan piyada, 1970-ci il təvəllüdlü Sevda Məmmədova hadisə yerində ölüb.

Cinayət işi başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR