Ağdamda minik avtomobilində yanğın olub.
FHN-dən APA-ya verilən xəbərə görə, hadisə rayonunun Quzanlı qəsəbəsində baş verib. “ВАЗ” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.