Bank Of Baku

Ağstafada yanğın olub, xəsarət alan var

Ağstafada yanğın olub, xəsarət alan var
# 24 fevral 2023 08:35 (UTC +04:00)

Ağstafada yanğın hadisəsi baş verib.

APA -nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Səməd Vurğun küçəsində yerləşən binada qeydə alınıb.
Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə hissəsinin əməkdaşları cəlb edilib. Yanğın söndürüb, yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı, həmin binada olan 1977-ci il təvəllüdlü K.Həsənov yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, K.Həsənov yanğın olan binanın gözətçisi işləyirmiş.
İlkin ehtimala görə, yanğına səbəb gözətçinin otağın olan elektrik qızdırıcı olub.

Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR