Ağstafada elektrik cərəyanı vuran yeniyetmə ölüb.
APA xəbər verir ki, o xəstəxanada dünyasını dəyişib.
2007-ci il təvəllüdlü Nuray Ayətqızını cərəyan vanna otağında vurub.
***
Saat 20:06
Ağstafada bədbəxt hadisə baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Pirili kəndində qeydə alınıb.
Yeniyetmə qızı vanna otağında elektrik cərəyanı vurub.
O dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.