Ağsuda təcili tibbi yardım əməkdaşlarına xəsarət yetirilib

Ağsuda təcili tibbi yardım əməkdaşlarına xəsarət yetirilib
# 17 aprel 2024 09:48 (UTC +04:00)

Ağsuda təcili tibbi yardım xidmətinin əməkdaşlarına xəsarət yetirilib.

APA-nın Şirvan bürosu xəbər verir ki, rayon sakini Samit Hüseynov Ağsu rayon təcili tibbi yardım əməkdaşları – həkim-feldşer, 1962-ci il təvəllüdlü - Şikarov Zöhrab Babacan oğluna və təcili tibbi yardımın sürücüsü, 1990-ci il təvəllüdlü Elnur Xasıyevə xəsarət yetirib. Hər iki şəxs rayon mərkəzi xəstəxanasına çatdırılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov APA-nın Şirvan bürosunun sorğusuna cavab olaraq bildirib ki, xəsarətlərin dərəcəsinin müəyyən edilməsi məqsədilə müvafiq ekspertiza təyin olunub, tərəflərin izahatları alınıb və hazırda araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR