Bank Of Baku

Astarada torpaq sürüşməsi olub, ev qəzalı vəziyyətə düşüb - FOTO

Astarada torpaq sürüşməsi olub, ev qəzalı vəziyyətə düşüb - FOTO
# 22 dekabr 2023 11:07 (UTC +04:00)

Astara rayonunun dağlıq Şüvi kəndində torpaq sürüşməsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, intensiv və leysan xarakterli yağışlar torpaq sürüşməsinə səbəb olub. Torpaq qatının sürüşməsi nəticəsində kənd sakini Habil Cümşüdova məxsus ev yaşamaq üçün yararsız vəziyyətə düşüb. Evin əsasən iki otağında çatlar əmələ gəlib.

15-20 metr eninə, 50 metr aşağı çaya doğru sürüşən torpaq qatı ətraf evlər üçün də təhlükə yarada bilər.

Astara rayon İcra Hakimiyyəti başçısının Şüvi inzibati ərazi vahidliyi dairəsi üzrə nümayəndəsi Əbülfət Qüdrətov APA-nın cənub bürosuna bildirib ki, Şüvi kənd sakini Cümşüdov Habil Bəxtiyar oğlunun fərdi yaşayış evi, yağan yağışlar nəticəsində sürüşməyə məruz qalıb və həmin ev Hirkan Milli Parkının ərazisində yerləşir: “Ərazi eroziyalıdır, yəni həssas bir ərazidir. Vətəndaş bununla bağlı bizə müraciət edib. Rayon İcra Hakimiyyəti tərəfindən əraziyə baxış keçirilib. Baxış zamanı məlum oldu ki, evin divarlarında çatlar əmələ gəlib, həyətdə sürüşmələr var, yəni ev qəzalı vəziyyətdədir. Bununla bağlı vətəndaş bizim tərəfimizdən məlumatlandırılıb, müvafiq qurumlara müraciət edilib”.

Qeyd edək ki, sürüşmə zonasında 10-na yaxın ev var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR