Bank Of Baku

Azad edilmiş ərazilərdə 8 ayda 86 yanğın olub

Azad edilmiş ərazilərdə 8 ayda 86 yanğın olub
# 23 oktyabr 2023 16:14 (UTC +04:00)

2023-cü ilin yanvar-avqust ayları ərzində işğaldan azad edilmiş ərazilərdə 86 yanğın hadisəsi baş verib.

APA-nın Laçına ezam olunmuş müxbiri xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "Azərkosmos" Kommersiya qrupunun rəhbəri Elman Ələsgərov deyib.

O bildirib ki, yanğınlar 8597 hektar ərazini əhatə edib: "Yanğınların ümumi sahəsinin 141 hektarı meşə sahəsində, 7332-i otlaq, 832-i əkin, 292-i kolluq sahədə qeydə alınıb. Bu yanğınlardan 16-sı Kəlbəcərdə, 47-si Füzulidə, 2-si Xocavənddə, 6-sı Xocalıda, 3-ü Cəbrayılda, 1-i Laçında, 4-ü Zəngilanda, 4-ü Qubadlıda, 3-ü Tərtərdə qeydə alınıb".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR