Bank Of Baku

Azərbaycanda 9 ayda 12171 yanğın olub, 26 nəfər ölüb

Azərbaycanda 9 ayda 12171 yanğın olub, 26 nəfər ölüb
# 23 oktyabr 2023 16:48 (UTC +04:00)

Bu ilin 9 ayı ərzində ölkədə 12171 yanğın hadisəsi baş verib.

APA FHN-ə istinadən xəbər verir ki, yanğınlar nəticəsində 26 nəfər həlak olub, 124 nəfər xəsarət alıb.

Yanğınlar zamanı 15 nəfər xilas edilib, 752 nəfər təxliyə olub.

Qeyd olunub ki, 2023-cü ilin 9 ayı ərzində baş vermiş yanğın hadisələrindən təhqiqatı aparılmış yanğınların sayı 1351 olub. Yanğın hadisələri zamanı 26 nəfər həlak olub, 124 nəfər xəsarət alıb, bu da ötən il ilə müqayisədə yanğından həlak olanlar üzrə 16 nəfər və ya 38%, xəsarət alanlar üzrə 54 nəfər və ya 30% azdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR