Babək rayonunda ana və 12 yaşlı oğlunu maşın vurub

Babək rayonunda ana və 12 yaşlı oğlunu maşın vurub
# 07 dekabr 2023 12:05 (UTC +04:00)

Babək rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə rayonun Badaşqann və Hacıvar kəndləri arasında olan yolda qeydə alınıb.

Avtomobil yolunu qarşı tərəfə keçən Badaşqa kənd sakini - 1987-ci il təvəllüdlü Əzimli Əfsanə Adil qızını və onun övladı 2011-ci il təvəllüdlü Əzimli Tahir Sübhan oğlunu vurub. Onlar xəsarət alaraq əvvəlcə Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatalogiya şöbəsinə yerləşdiriliblər, daha sonra isə Naxçıvan Sağlamlıq Mərkəzinə aparılıblar. Vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR