Bank Of Baku

Bakı-Sumqayıt yolunda qəza olub, 8 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB

Bakı-Sumqayıt yolunda qəza olub, 8 nəfər xəsarət alıb - FOTO  - YENİLƏNİB
# 23 dekabr 2023 13:24 (UTC +04:00)

DİN-in Baş Dövlət Yol Polis İdarəsi Bakı-Sumqayıt yolunda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

İdarədən APA-ya daxil olan məlumata görə, bu gün saat 10:00 radələrində Bakı-Sumqayıt yolunun 11-ci km-də yolun hərəkət hissəsində dayanan "Opel" markalı 90-VV-419 nömrə nişanlı avtomobillə nəqliyyat vasitələrini sağdan ötməyə çalışan "Ravon" markalı 77-DA-091 nömrə nişanlı avtomobilin toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş verib.

Hadisə nəticəsində hər iki avtomobilə maddi ziyan dəyib və 1 nəfər ("Opel" markalı avtomobilin sürücüsü F.Azadov) xəsarət alıb.

Hər iki sürücünün taksi fəaliyyəti ilə məşğul olduğu bildirilir.

***

11.14

Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Xırdalan qəbiristanlığının qarşısında qeydə alınıb. “Opel” və “Chevrolet” markalı avtomobillərin toqquşması nəticəsində hər maşında 4 nəfər olmaqla, 8 nəfər xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR