Bank Of Baku

Bakıda 2 avtomobil toqquşub, 5 nəfər xəsarət alıb - FOTO

Bakıda 2 avtomobil toqquşub, 5 nəfər xəsarət alıb - FOTO
# 29 oktyabr 2023 05:01 (UTC +04:00)

Bakının Nəsimi rayonunda iki minik avtomobilinin toqquşması nəticəsində xəsarət alanlardan biri Küveyt vətəndaşıdır.

APA xəbər verir ki, yol qəzası Vaqif və Xan Şuşinski küçələrinin kəsişməsində qeydə alınıb.

Kamil Əliyev idarəetməsində olan “Toyota” markalı maşınla yol ayrıcını keçərkən “BMW” markalı maşına çırpılıb. Toqquşma zamanı “Toyota” aşıb. Qəza nəticəsində “BMW” markalı avtomobilin xanım sürücüsü və iki sərnişin ağır xəsarət alıb. Yaralanan sərnişinlərdən biri Küveyt vətəndaşıdır.

Aşan “Toyota”nın sürücüsü K.Əliyev və onun sərnişini Sərxan Məmmədov da müxtəlif xəsarətlər alıb. Yaralılar Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR