Bakının Sabunçu rayonunda ağır yol qəzası baş verib.
APA xəbər verir ki, hadisə Maştağa-Kürdəxanı şosesində qeydə alınıb.
1971-ci il təvəllüdlü Həsənov Abbas İsrail oğlunun idarə etdiyi “VAZ-2107” markalı maşın işıq dirəyinə çırpılıb. Avtomobilə zərər dəyib. Sürücü sükan arxasında ölü aşkarlanıb.
Əraziyə cəlb olunan Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları sürücünün meyitini müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu Rayon şöbəsinə təhvil verib. Ekspertlər müəyyən edib ki, sürücü qəza keçirməzdən öncə infarkt keçirərək ölüb.
Fakt araşdırılır.